Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində meydana gəldiyi bildirilib.
İddia olunub ki, yarımstansiya adlandırılan ərazidə əvvəl yanğın baş verib, daha sonra isə güclü partlayış səsi eşidilib.
Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara – “Azərenerji” ASC-yə, “Azərişıq” ASC-yə, “Azərbaycan Dəmir Yolları” QSC-yə və Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu verilib.
Qurumlardan Oxu.Az-a verilən məlumata görə sözügedən ərazidə hər hansı yanğın və ya partlayış hadisəsi qeydə alınmayıb.