Qobustanda qəza olub, ölən varbackend

Qobustanda qəza olub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qobustan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın yerli bürosunun xəbərinə görə, Qobustan şəhəri ərazisində beton daşıyan “KamAZ”ın “VAZ 2107” markalı minik avtomobilinə çırpılması nəticəsində minik maşınının sərnişini, 1956-cı il təvəllüdlü İsrafilov Şamil Səməd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.