Qobustanda yol qəzası baş verdibackend

Qobustanda yol qəzası baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qobustan rayonunun Cəngi kəndində “Mercedes” və “Kia” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, yanğın nəticəsində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Report