“Qoç ət” 2500 manat cərimələnə bilər – FOTObackend

“Qoç ət” 2500 manat cərimələnə bilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qoç ət kəsim və istehsalat” MMC barəsində inzibati iş başlanıb.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaq) maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Elçin Ağayev iş üzrə hakim təyin edilib.

464-cü maddəyə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

“Qoç ət kəsim və istehsalat” MMC 26 iyul 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN-dir. MMC-nin qanuni təmsilçisi Yediyarov Yaqub Adıgözəl oğludur.