Gecə saatlarında İtaliyanın Milan şəhərində qocalar evində yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, İtaliya yanğınsöndürmə idarəsindən verilən açıqlamada yerli vaxtla saat 01:20-də baş verən yanğına müdaxilə edən yanğınsöndürmə briqadasının binanın boşaldıldığı bildirib.
Məlumata görə, 6 nəfər ölüb, çoxlu sayda yaralı xəstəxanaya aparılıb.
Yerli media yaralıların sayının 81 olduğunu yazıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
NOCOMMENT