Qod Nisanov Portuqaliya vətəndaşı olmaq İSTƏYİRbackend

Qod Nisanov Portuqaliya vətəndaşı olmaq İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ sanksiyalarına məruz qalan azərbaycanlı milyarder Qod Nisanov Portuqaliya vətəndaşı olmaq istəyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, Nisanov Portuqaliya vətəndaşlığı üçün müraciət edib. İndi səlahiyyətlilər onun ərizəsini araşdırır.

Agentlik başqa təfərrüatları açıqlamayıb.

Reuters xəbər verir ki, biznesmen Sefarad yəhudilərinin nəsillərinə belə bir hüquq verən qayıdış qanunu əsasında Portuqaliya vətəndaşlığını alacağını gözləyir. 2021-ci ildə bu proqram çərçivəsində başqa bir rusiyalı milyarder Roman Abramoviç Portuqaliya vətəndaşı olub.

ABŞ iyunun 2-də Rusiyada yaşayan həmyerlimiz, milliyətcə yəhudi olan, Quba rayonunun məşhur Qırmızı qəsəbəsində dünyaya gəlmiş iş adamı, adı “Forbes”in milyaderlər siyahısında yer alan Qod Nisanova sanksiyalar tətbiq edib, bundan sonra o, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsini itirib və “Olimpiyski” idman kompleksinin direktorlar şurasının sədri vəzifəsindən istefa verib.
modern