Qod Nisanovun oğlunun toyudur – Dəvət olunan məşhur müğənnilərbackend

Qod Nisanovun oğlunun toyudur – Dəvət olunan məşhur müğənnilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanda yaşayan Azərbaycan əsilli milyarderi Qod Nisanovun oğlunun toyudur.

NOCOMMENT.az Azxeber.com-a istinadən xəbər verir ki, toy Moskvada təşkil olunacaq.

Qod Nisanov övladının toyuna Azərbaycandan da xeyli qonaq dəvət edib.

Toyda Rusiya ilə yanaşı azərbaycanlı məşhur müğənnilər də səhnə alacaq.

Xalq artisti Miri Yusif, Röya, Xəyyam Nisanov, Zamiq Hüseynov və başqa məşhurlar toyda sevilən mahnılarını ifa edəcəklər.

Qod Nisanovun qohum olduğu ailəyə gəlincə, bildirilir ki, iş adamı öz yaxın qohumları ilə quda olur.