Qod Nisanovun Xaçmazdakı aqrokompleksi niyə yarımçıq qalıb? – FOTOLARbackend

Qod Nisanovun Xaçmazdakı aqrokompleksi niyə yarımçıq qalıb? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tikinti işlərinə 2018-ci ildə başlanılan çoxfunksiyalı aqrokompleksin inşası indiyə qədər sona çatmayıb. Bu səbəbdən hər il ərazinin həndəvərində yerləşdirilən məlumat lövlələrində layihənin başlama vaxtı bir il ertələnir.

NOCOMMENT.az 7times.az-a istinadən xəbər verir ki, tikinti aparılan ərazidəki bütün özəl mülkiyyətlər kompensasiya müqavilində alınaraq sökülüb. FOODCİTY AQROPARK MMC-nin sifarişçisi olduğu kompleksin layihəçisi UNİON-PROJEKT MMC-dir. Həm sifarişçi, həm də digər podratçı şirkətlər tikinti üçün lazım olan bütün hüquqi prosedurları vaxtından əvvəl həyata keçirsə də, Azərbaycanın bəzi dövlət qrumlarının layihələşdirmə və digər sənədləşmə işlərini yubatması səbəbindən işlər yarımçıq qalıb. Aqrokompeleksdə 700 dən çox insanın işləməsi nəzərdə tutulub. Bu rəqəmin Xudat və ətraf kəndlər üçün nə demək olduğunu isə anlamaq çətin deyil. İşlərin bir an tez yekunlaşdırılması üçün səy göstərib çalışmaq əvəzinə bəzi qrumlar süni əngəllər yaratmaqla məşğuldur.

İcra başçısı dövlət mülkiyyətində olan torpaqları özəlləşdirib 2 milyona satdı?

Qod Nisanov işləri aparan şirkətə tapşırıq vermişdi ki, alınan mülklərin qarşılığında vətəndaşlara yüksək kompensasiya verilsin. Heç kəs narazı qalmasın. İş adamının bu səxavətini fürsətə çevirən irili-xırdalı bir çox məmur fürsətdən istifadə edərək hücum çəkdilər ərazidəki mülkiyyətlərə. Həmin ərəfədə bəzi evlər sahiblərindən ucuz qiymətlərə alınaraq şirkətə böyük məbləğlərə satıldı. Hətta tikinti sahəsinə aid olan dövlət mülkiyyətindəki torpaq sahələri özəl mülk formasında sənədləşdirilərək Qod Nisanovun şirkətinə 2 milyon manata satılıbmış. Hələ psixinevroloji xəstəxanalara qeydiyyata salınan vətəndaşlardan danışmırıq. (Bu barədə növbəti yazıda məlumat verəcəyik.)

Aqrokompleksin podratçı şirkəti NORTH WEST MMC dir.

İşləri ləngidən digər bir səbəbin isə tikinti üçün lazım olan dövlət ekspertizasının rəyinin hələ də hazırlanıb aidyyatı üzrə təhvil verilməməsi göstərilir. Bunun nə dərəcədə həqiqətə uyğun olub olmamasını isə NORTH WEST MMC və FOODCİTY AQROPARK MMC-yə göndərdiyimiz informasiya sorğusunun cavabından sonra aydınlaşdıracağıq.

Çox əlverişli tranzit yolunun üstündə inşa edilən bu meqa layihənin həm Xaçmaz, həm də region üçün hansı iqtisadi səmərəliliyə və önəmə malik olduğunu anlamaq isə çətin deyil. Bu aqrokompeleks həm yükdaşımaların həcminin artması, həm iş yerlərinin açılması, həm də kənd təsərrüfatı məhsullarının xarici bazara çıxışı deməkdir.