Qohumlar arasında atışma: 4 nəfər öldübackend

Qohumlar arasında atışma: 4 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Trabzon əyalətinin Hayrat rayonunda qohumlar arasında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 29-da günorta saatlarında rayonun Güldərən məhəlləsində qeydə alınıb.

Bildirilib ki, 8 il əvvəl yaşanan bir hadisə zamanı Bektaş ailəsinə mənsub iki qrup arasında mübahisə yaranıb. Bu, qısa müddət ərzində davaya çevrilib. Tərəflər bir-birinə silah çəkərək atəş açıblar.

Məlumata görə, polis əməkdaşları hadisə yerindən qaçan Abdi və İshak Bektaşın tutulması üçün əməliyyata başlayıb.