Qolikova: Uşaq doğulması əmək münasibəti deyil, ailə məsuliyyətidirbackend

Qolikova: Uşaq doğulması əmək münasibəti deyil, ailə məsuliyyətidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Dövlət Duması deputatlarının uşaq dünyaya gətirməyə görə əməkhaqqı verilməsi təklifini rədd edib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “İnterfaks” yayıb.

“Uşağın doğulması əmək münasibətləri deyil, ailə münasibətləridir. Bu prosesə görə əməkhaqqı təyin etmək ideoloji baxımdan tam düzgün deyil, çünki əməkhaqqı anlayışı Əmək Məcəlləsinə əsasən işçi ilə işəgötürən arasında əmək münasibətlərinin mövcudluğunu nəzərdə tutur”, – deyə Qolikova izah edib.

O əlavə edib ki, “ailə tamam başqa bir anlayışdır” və ailələrə dəstək müxtəlif müavinətlər vasitəsilə, o cümlədən ana kapitalı və aztəminatlı ailələr üçün ödənişlər şəklində həyata keçirilir.

Bu bəyanat hökumət saatı zamanı səsləndirilib. Həmin iclasda deputatlardan biri uşaq doğulduğuna görə əməkhaqqı tətbiq olunması ideyasını gündəmə gətirib.