Qolu kəsilmiş vətəndaşa əlillik dərəcəsi verilmir: Qurumlar bir-birilərini ittiham edirlər – VİDEObackend

Qolu kəsilmiş vətəndaşa əlillik dərəcəsi verilmir: Qurumlar bir-birilərini ittiham edirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən ilin iyul ayında qəza keçirən Zülfəddin Qurbanov sol qolunu itirib. Qolu amputasıya edilsə də, hələ də əlillik dərəcəsini ala bilmir. Vətəndaşın sözlərinə görə, həkim onun əlilliyini sistemdə düzgün qeyd etməyib.

NOCOMMENT Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sol qolunu itirsə də, hələ də əlillik dərəcəsi ala bilmir. Vətəndaşın əlillik dərəcəsi 11 aydır ki, verilmir.

Gədəbəy rayonunun Arıqdam kənd sakini Zülfəddin Qurbanov keçən il keçirdiyi qəza nəticəsində sol qolunu itirib. İş imkanları məhdudlaşan vətəndaş əllilik dərəcəsinin verilməsi ilə bağlı dəfələrlə elekton qaydada rayon mərkəzi xəstəxanasına müraciət edib. Lakin sistemdə hər dəfə imtina göstərilib. Vətəndaş iddia edir ki, xəstəxana həkimi onun sənədlərini düzgün göndərmir. Sənəddə faktiki diaqnoz fərqli qeyd edilir.

Məsələ ilə bağlı Gədəbəy rayon Mərkəzi xəstəxanasının həkim cərrahı Firdovsi Sarıyev bildirib ki, vətəndaşın iddiası düzgün deyil. Pasiyentin diaqnozunu tibbi-sosial ekspertiza komissiyası düzgün qeyd etmir. Xəstəxanada qoyulan diaqnoz onlar tərəfndən olduğu kimi sistemdə qeyd olunub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizovanın sözlərinə görə, forma 88 adlandırılan sənəddə qolun tam amputasiya edildiyi qeyd olunmayıb.

Gülnar Əzizova onu da qeyd edib ki, diaqnoz sistemdə düzgün göstərilərsə, məsələ tezliklə həllini tapar.