Qondarma prezident ETİRAF ETDİ: Qubadlı, Zəngilan və Laçında ağır döyüşlər gedir!backend

Qondarma prezident ETİRAF ETDİ: Qubadlı, Zəngilan və Laçında ağır döyüşlər gedir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün separatçı rejimin başçısı Araik Arutyunyan Ermənistan Milli Məclisinin deputatları ilə görüşüb.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, qondarma ölkənin qondarma prezidenti cəbhədəki ağır durum barədə deputatları məlumatlandırıb. Onun sözlərinə görə, hazırda ən çətin döyüşlər Kaşatağ (Laçın) bölgəsinin Kovsakan (Zəngilan), İşxanadzor (Qubadlı) və Micnavan (Mincivan) icmalarının ərazilərində gedir.

Öz növbəsində, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan qondarma ölkəni hər cür şəkildə dəstəklədiklərini bir daha bildirib: “İrəvan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olaraq bunun üçün bütün lazımi tədbirləri həyata keçirir və həyata keçirəcək”.

Xatırladaq ki, Azərbaycan Ordusu artıq Zəngilan şəhərini və Zəngilan rayonunun 6 kəndini düşməndən azad edib.