Qondarma qurumun “daxili işlər naziri” yaralandıbackend

Qondarma qurumun “daxili işlər naziri” yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Luqansk vilayətinin mərkəzində baş vermiş partlayış nəticəsində qondarma “Luqansk XR” separatçı qurumunun “daxili işlər naziri” vəzifəsini icra edən İqor Kornet yaralanıb.

NOCOMMENT.az “Kommersant”a istinadən xəbər verir ki, o, hazırda ağır yaralı vəziyyətdə reanimasiyadadır.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Modern