Qondarma rejim rəhbərliyi tərəfindən bəyanat yayılıb.
NOCOMMENT.az xəbər verir ki, bəyanatda “Azərbaycan-Qarabağ münaqişəsinin həllində iştirak edən beynəlxalq aktorlar Laçın dəhlizinin fəaliyyətinin tam bərpasını və hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst, təhlükəsiz və maneəsiz hərəkətini təmin etməlidirlər. Bu, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannaməyə və Beynəlxalq Ədalət Məhkəməsinin Qərarlarına uyğundur” ifadələri işlənib.
Bəyanatda guya ərzaq və zəruri ləvazimatların etibarlı və müntəzəm çatdırılmasının mümkün olmaması bildirilib. “Blokadadan əvvəl Artsaxa gündəlik idxal edilən 400 ton malın 7%-dən azını təşkil edən bu humanitar yüklərin daşınması həm həcm, həm də davamlılıq üçün tələb olunan zəruri malların müxtəlifliyi baxımından müntəzəm kommersiya tədarüklərini əvəz etməkdən əhəmiyyətli dərəcədə geri qalır”.