Qondarma rejimin yarısı işıqsız qaldıbackend

Qondarma rejimin yarısı işıqsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Abxaziyanın yarısının elektrik enerjisi kəsilib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı RİA Novosti agentliyi yayıb. Elektrik enerjisinin kəsilməsinə səbəb yanğınla əlaqədar baş verən qəza olub. Kəsintinin Rusiya sərhədindən Suxumiyə qədər olan sərhəd ərazisində qeydə alındığı vurğulanıb.

Qeyd edək ki, Abxaziyanı yeni ilin əvvəlindən meşə yanğınları bürüyüb. Yanğını hələ də lokallaşdırmaq mümkün olmayıb.