Qonşu ölkədə yeni virus sürətlə yayılırbackend

Qonşu ölkədə yeni virus sürətlə yayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yeni xəstəlik sürətlə yayılır.

NOCOMMENT.az “İRNA”ya istiandən xəbər verib ki, İranın bir sıra şəhərlərində, o cümlədən Fars əyalətinin cənubunda yeni xəstəlik növü aşkarlanıb.

Məlumata görə, səlahiyyətli qurumlar tərəfindən görülən sağlamlıq tədbirlərinə baxmayaraq, ağcaqanad dişləməsi nəticəsində insanlara keçən “Dengi qızdırması” adlı yeni xəstəlik sürətlə yayılmaqda davam edir.

Bildirilib ki, xəstəliyin insanlardan yoluxması mümkün deyil, ancaq yaranma səbəbi ağcaqand dişləməsi olaraq göstərilir. Bu xəstəliyin yüksək hərarət və şiddətli baş ağrısı, göz, əzələ və oynaq ağrıları, ürəkbulanma, dəri səpgiləri, diş ətindən və ya bədənin digər hissələrindən qanaxma kimi müxtəlif simptomları var.