Qonşu qızı bıçaqlayan şəxsin məhkəməsi başlayırbackend

Qonşu qızı bıçaqlayan şəxsin məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 26 yaşlı qızı öldürməyə cəhddə təqsirləndirilən Abdul Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2020-ci il iyulun 22-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Əsgərov Abdul Rahib oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu – 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızına çoxsaylı bıçaq zərbələri vurub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Daha sonra Abdul Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.