Qonşuda nikah qiymətləri BAHALAŞDIbackend

Qonşuda nikah qiymətləri BAHALAŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 1-dən etibarən Gürcüstanda nikahla bağlı ritualların qiyməti artacaq.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı hökumət 18 iyulda yeni fərman imzalayıb.

Yeni qərara əsasən, qonşu ölkənin Ədliyyə Evinin filialında və ya icma mərkəzində xüsusi ritual xidməti (nikah mərasiminin təntənəli şəraitdə keçirilməsi-red.) 50 lari deyil, 75 lariyə (37 manat) başa gələcək.

Hökumətin qərarına əsasən, nikah evində nikahın bağlanması şənbə və bazar günləri 225 lari, digər günlərdə isə 135 lari olacaq.

Bu gün eyni xidmətin qiyməti həftə sonları 150 lari, adi günlərdə isə 90 laridir.

Bundan başqa xidmət agentliyinin filialından kənarda 170 lariyə başa gələn nikah qeydiyyatı, avqust ayından sonra 255 lariyə başa gələcək.
Publika.az