Qorxu və narahatlıq uşağın beyninə necə təsir edir?backend

Qorxu və narahatlıq uşağın beyninə necə təsir edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər. Bu zaman xüsusilə valideynlərin üzərinə düşən vəzifə lazım gəldikdə uşağa psixoloji dəstək verməkdir.

NOCOMMENT xəbər verir ki, qorxu və narahatlığın uşağın beyninə necə təsir etdiyi Uşaq və Yeniyetmə Psixiatriya Mütəxəssisi Prof. Dr. Işık Karakaya aydınlaşdırıb.

İlk üç ilin beyin inkişafı üçün çox əhəmiyyətli olduğunu qeyd edən Karakaya, beyin inkişaf prosesini belə izah edir: “Beyin inkişafı körpə hələ ana bətnində olanda başlayır və körpə doğulanda demək olar ki, böyüklər ilə eyni sayda neyron (sinir hüceyrələri) olur. Lakin neyronlararası əlaqələr hələ də formalaşmayıb. Körpənin təcrübələri vasitəsilə neyronlar arasında əlaqələr inkişaf etməyə başlayır və bunlar bacarıq kimi təqib edilir. Beyin inkişafı yetkinliyə qədər davam etsə də, xüsusilə ilk üç ilin çox kritik olduğu qəbul edilir. Uşaqları qorxutmaq və təhdid etmək qətiyyən olmaz. Ona görə də bu dövrlərdə və sonra körpəyə uyğun mühit və təcrübələr təmin etmək beyin inkişafı və yetkinləşməsi üçün çox vacibdir”.

Prof. Dr. Karakaya beyin arxitekturası üçün hüceyrələr arasındakı əlaqənin əhəmiyyətini də ifadə edir. Deyir ki, bu əlaqələrdə problemlər yaranarsa, onların həyatında problemlər yarana bilər. Karakaya xüsusilə travmatik təcrübələrin beynin bir çox bölgəsində inkişaf dəyişikliklərinə səbəb olduğunu bildirir və uşaqların sağlam yetkin ola bilməsi üçün lazım gəldikdə dəstək almağın vacibliyini vurğulayır: “Uşaqlar mənfi həyat hadisələri ilə qarşılaşırlarsa, onlara mütləq fiziki, mənəvi, sosial və emosional ehtiyacları nəzərə alınmalı və dəstək verilməlidir. Bu yolla onlar sağlam yetkinlər kimi həyatlarını davam etdirə biləcəklər”.