“Qorxuram ki, aktyorları da süni intellektlə əvəz etsinlər”backend

“Qorxuram ki, aktyorları da süni intellektlə əvəz etsinlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Həmidə Ömərova plastik əməliyyat etdirən aktrisalara səslənib.

NOCOMMENT.az xəbər verir ki, aktrisa “MTV”-yə açıqlamasında sənət adamının plastik əməliyyatla gündəmdə qalmayacağını deyib:

“Rol tələb edirsə, estetik əməliyyat etmək olar. Kimsə bu cür gündəmə gəlmək istəyirsə, gündəmdə çox qalmır. Kiminsə qüsuru varsa, estetik əməliyyatla düzəldir. İstedadlı aktrisa bununla yadda qalmaq istəməz. Az, çox peşəkar sənətkar bilir ki, bununla gündəmdə qala bilməzsən. Obrazla, maraqlı rolla yadda qala bilərsən”.

Aktrisa süni intellektlə hazırlanan videolardan danışıb:

“Aktyoru süni intellektlə əvəz edirlər, rolu canlandırırlar. Qorxuram, gələcəkdə aktyor peşəsi də arxa plana keçsin. Onu süni intellektlə əvəz etsinlər. Böyük bir problemdir. Təkcə bizim yox, bu, bütün peşələrə aiddir”.