Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini, 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə Ağdam rayon Prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan NOCOMMENT.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağın topuqdan aşağı ətrafının amputasiyası xəsarəti alması müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.