Qrenlandiya hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əməkdaşlıq imkanları axtarır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Qrenlandiyanın KNR televiziya və radio kanalı sitat gətirən adanın Nazirlər Kabinetinin sədri Myute Egede deyib.
Onun sözlərinə görə, hərbi münaqişənin olmaması vacibdir: “Mineral hasilatı üçün açıq qapılarımız var. Bu, növbəti illərdə də belə davam edəcək. ABŞ-la ticarət aparmalıyıq”.
O, həmçinin qeyd edib ki, Qrenlandiya dialoqa başlamaq istəyir və Trampla əməkdaşlıq imkanları axtarır.
Yanvarın 7-də ABŞ prezidenti vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq Donald Tramp bildirib ki, Qrenlandiya onu Çin və Rusiya təhdidlərindən qorumaq üçün ABŞ-nin bir hissəsi olmalıdır.