Qrenlandiyanın baş naziri Trampa sərt cavab veribbackend

Qrenlandiyanın baş naziri Trampa sərt cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen ABŞ-nin adanı almayacağını bildirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, baş nazir feysbuk səhifəsindəki paylaşımında prezident Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək niyyətinə münasibət bildirib.

“Tramp bildirib ki, ABŞ Qrenlandiyanı alacaq. Bunu açıq deyim: ABŞ adanı əldə etməyəcək. Biz başqalarına aid deyilik. Gələcəyimizi özümüz təyin edirik. Dünən də belə idi, bu gün də belədir və belə də olacaq”, – deyə siyasətçi bildirib.

Nilsen vurğulayıb ki, Qrenlandiya əhalisi Amerika prezidentinin bu cür bəyanatlarından qorxmamalıdır.