Qrenlandiyanın buz təbəqəsi altında gizli yeraltı şəhər tapılıbbackend

Qrenlandiyanın buz təbəqəsi altında gizli yeraltı şəhər tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA mütəxəssisləri xüsusi radardan istifadə edərək, Qrenlandiyada buzun altında gizli “Buz qurdu” layihəsinin tərk edilmiş bazasını tapa biliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NASA Yer Rəsədxanasının saytında məlumat verilib.

Mütəxəssislər təyyarədən Qrenlandiyanın buz təbəqəsini tədqiq edib və tunellər şəbəkəsi aşkar ediblər. Onlar 30 metr dərinlikdə yatıblar. Məlum olub ki, bunlar 1950-ci illərin sonunda tikilməyə başlayan ABŞ hərbi bazasının qalıqlarıdır.

1967-ci ildə “Buz qurdu” layihəsindən imtina edildi və “Əsrin düşərgəsi” tamamilə buz altında qaldı.