Qriqoryan ABŞ dövlət katibinin müavini ilə DANIŞIBbackend

Qriqoryan ABŞ dövlət katibinin müavini ilə DANIŞIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin müavini Derek Hoqan ilə müzakirə aparıb. 
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumatı yayıb.
İclasda qondarma rejimin – Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi qeyd edilib.
Ermənistan-Amerika münasibətlərinin gündəliyi, regional təhlükəsizlik, eləcə də Bakı və İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar da diqqət mərkəzində olub.
Xatırladaq ki, iyunun sonunda ABŞ-da Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqların bir neçə raundu keçirilib.
NOCOMMENT