Qriqoryan: Ermənistan etiraf etdi ki, işğalçıdır!backend

Qriqoryan: Ermənistan etiraf etdi ki, işğalçıdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan üçtərəfli sənədin imzalandığı gün bütün dünyaya bu illər ərzində işğalçı olduğunu rəsmən bəyan etdi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu erməni hüquqşünas Vage Qriqoryan “İcmal” (Obzor) verilişinin efirində bildirib.

Onun sözlərinə görə, bu sənədin mətnində açıq-aydın yazılıb ki, Ermənistan torpaqları Azərbaycana qaytarmağı öhdəsinə götürür: “Təkcə “qaytarmaq” sözü nəyə desəniz dəyər. Bu, Ermənistan tərəfinin növbəti biabırçı məğlubiyyətidir. İrəvan bu sənədi imzaladı və bütün dünya qarşısında özünün işğalçı olduğunu etiraf etdi”.