Qriqoryan Fransada Azərbaycanı müzakirə etdibackend

Qriqoryan Fransada Azərbaycanı müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidentinin müşaviri İzabel Dümonla görüşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Fransaya səfəri çərçivəsində Armen Qriqoryan bazar ertəsi Fransa prezidentinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon, Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin rəhbəri Frederik Mondolonni, kontr-admiral Kristof Luka və ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bris Rökföylə görüşüb.

Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, həmsöhbətlər qarşılıqlı maraq doğuran beynəlxalq və regional təhlükəsizlik gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qriqoryan qeyd edib ki, İrəvan Cənubi Qafqazda sülhü qorumağa hazırdır.

Həmsöhbətlər ikitərəfli münasibətlərin inkişaf dinamikasını vurğulayıblar. Müxtəlif sahələrdə dialoqun davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.