Qriqoryan Mahmudzadə ilə Qara gölü müzakirə etdibackend

Qriqoryan Mahmudzadə ilə Qara gölü müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tacikistanlı həmkarı, KTMT Təhlükəsizlik şuraları katibləri komitəsinin təmsilçisi Nəsrulla Mahmudzadə ilə görüşüb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Ermənistan TŞ-nin yaydığı məlumatda Qriqoryanın Mahmudzadəyə Ermənistan-Azərbaycan sərhədindəki olaylarla bağlı danışdığı bildirilib. Həmçinin Qriqoryan KTMT-nin bu məsələni müzakirə etməsinin vacibliyinə toxunub.

N.Mahmudzadə qeyd edib ki, ölkə prezidenti, hazırda KTMT-yə rəhbərlik edən İmaməli Rəhman artıq bu məsələnin KTMT iclasında müzakirəsi barədə göstəriş verib.

Qeyd edək ki, KTMT XİN rəhbərlərinin görüşü bu gün keçiriləcək.