Qriqoryan: Rəsmi İrəvan və Bakı sülh müqaviləsinin yalnız bir bəndində razılığa gəliblərbackend

Qriqoryan: Rəsmi İrəvan və Bakı sülh müqaviləsinin yalnız bir bəndində razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi İrəvan ilə Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi – diplomatik münasibətlərin Vyana Konvensiyasına uyğun olaraq qurulması barədə razılıq əldə olunub”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə Aqnesa Xamoyanın suaını cavablandırarkən söyləyib.

Qriqoryan qeyd edib ki, sülh müqaviləsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.

O bildirib ki, sülh müqaviləsinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur. Söhbət sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərdən gedir. Bu məsələlər üzrə müzakirələr davam edir.