Qriqoryanla Patruşev arasında Qara göl müzakirəsibackend

Qriqoryanla Patruşev arasında Qara göl müzakirəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə erməni həmkarı Armen Qriqoryan arasında telefon danışığı baş tutub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Qriqoryan Feysbuk səhifəsində yazıb.

“Telefon danışığının əsas mövzusu Azərbaycan-Ermnənistan sərhədindəki vəziyyət oldu. Biz problemin həlli ilə bağlı mümkün variantları müzakirə etdik. Bildirdim ki, Ermənistan buna Azərbaycanın suveren ərazimizə təcavüzü kimi baxır ki, bu da bizim üçün qəbuledilməzdir və bu səbəbdən də Azərbaycan silahlı birləşmələri bu ərazilərdən çıxıb əvvəlki mövqelərinə qayıtmalıdırlar”, – deyə Qriqoryan bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu Ermənistanla sərhədlərin bərpası prosesi çərçivəsində xəritələr əsasında Qara göl istiqamətində ermənilərin uzun illərdir qabağa çəkdiyi sərhədi geri qaytarıb və 3 km-yə qədər irəliləyib. Ermənistan isə bundan şou düzəldir və hay-küy salmaqla zəbt etdiyi ərazini əlində saxlamağa çalışır.