Qrossi bu dəfə Rusiyaya gedirbackend

Qrossi bu dəfə Rusiyaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Rusiyaya səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, AP-yə müsahibəsində bildirib.

BAEA rəhbəri çox güman ki, yaxın vaxtlarda Rusiyaya gələcəyini bildirib. O, səfərin məqsədini açıqlamayıb.

Qeyd edək ki, martın 27-də Qrossi Zaporojye şəhərindəki Dnepr Su Elektrik Stansiyasına baş çəkib və burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Qrossi sonuncu dəfə fevralın əvvəlində Rusiyada olub. O, Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyi məsələsində Rusiya tərəfi ilə məsləhətləşib. Təşkilat rəhbəri bu həftə obyektin nüvə təhlükəsizliyi səviyyəsini qiymətləndirmək üçün stansiyaya baş çəkməyi planlaşdırır.