Oktyabrın 26-na keçən gecə İsrailin endirdiyi zərbə nəticəsində İran ərazisindəki nüvə obyektlərinə ziyan dəyməyib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, belə bir məlumatı ona İran nümayəndələri çatdırıb: “İranın nüvə obyektləri zərbələrdən təsirlənməyib. AEBA müfəttişləri təhlükəsiz ərazidədirlər və vacib işlərini davam etdirirlər. Mən ehtiyatlı olmaqla yanaşı, nüvə materiallarına təhlükə yaradan hərəkətlərdən çəkinməyə çağırıram”.