MAQATE-nin baş direktoru Rafael Qrossi “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə danışıqlardan sonra bildirib ki, hər hansı nüvə obyektlərinə hücumlar qəbuledilməzdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İstənilən nüvə obyektlərinə edilən istənilən hücum, xüsusilə Zaporojjya AES kimi nəhəng nüvə obyektinə qarşı ciddi və kritik təhlükədir”, – o vurğulayıb.
Qrossinin fikrincə, bu, “tamamilə ağlasığmazdır və mütləq təhlükə yaradır”.