Qrossi Putin və Zelenski ilə görüşə GEDİRbackend

Qrossi Putin və Zelenski ilə görüşə GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Volodimir Zelenski və Vladimir Putinlə görüşəcək.

NOCOMMENT.az xəbər verir ki, baş direktor, bu barədə İtaliyanın “Rainews 24″ telekanalına müsahibəsində bildirib.

Belə ki, Qrossi əvvəlcə Ukraynaya, daha sonra Rusiyaya səfər etməyi planlaşdırdığını qeyd edib:

“Gələn həftə yenidən Ukraynada olacağam, Prezident Zelenski, baş nazir Denis Şmıqal, xarici işlər naziri Dmitri Kuleba ilə görüşməyi planlaşdırıram. Daha sonra Rusiyaya getməyə ümid edirəm.”

Qeyd edək ki, Dmitri Peskov Putinin hələlik Qrossi ilə görüşmək planlarının olmadığını açıqlayıb.