Qrossi: Təhlükəsizlik təmin olunarsa, nəzarət bərpa ediləcəkbackend

Qrossi: Təhlükəsizlik təmin olunarsa, nəzarət bərpa ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MAQATE-nin inspektorları İranda nüvə obyektlərinə nəzarət üçün geri qayıdacaqlar – bu, vəziyyət imkan verdiyi anda baş verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı bildirib.

“İnspektorlar, lazımi təhlükəsizlik təmin olunduqdan dərhal sonra geri dönəcəklər”, – deyə o vurğulayıb.

Qrossi həmçinin bütün ölkələri İranın nüvə obyektlərinin vəziyyəti ilə bağlı MAQATE ilə informasiya mübadiləsinə çağırıb.

O əlavə edib ki, Fordo nüvə obyektinə hər hansı ziyan dəyməsi barədə agentliyin əlində məlumat yoxdur.