Qrossidən İrana ÇAĞIRIŞ – Vəziyyət qeyri-qənaətbəxşdirbackend

Qrossidən İrana ÇAĞIRIŞ – Vəziyyət qeyri-qənaətbəxşdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranı ölkənin nüvə proqramı üzrə əməkdaşlığı gücləndirmək üçün nəticələri paylaşmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, o, indiki vəziyyəti tamamilə qeyri-qənaətbəxş adlandırıb:

“Mən nəticə istəyirəm və onları tezliklə istəyirəm. Məncə, onlar da bunu başa düşürlər. Bu baş verməlidir, biz hərəkətə keçməliyik. Bunu mən İsfahanda mətbuat konfransında da dedim. Biz hərəkət etməliyik. İndiki vəziyyət tamamilə qeyri-qənaətbəxşdir – mənim üçün qeyri-qənaətbəxşdir. Biz demək olar ki, tamamilə dalana dirənmişik. Hərtərəfli Təminat Sazişi çərçivəsində ənənəvi yoxlamalardan başqa heç nə aparılmır və bu dəyişməlidir”.

Qeyd edək ki, Qrossi ötən gün İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə İsfahan şəhərində görüş keçirib. Hər iki şəxs səfər zamanı dərhal yeni razılaşmanın olmayacağını bildirəsələr də, Agentlik və İran arasında əməkdaşlıq üçün irəliyə doğru yol kimi 2023-cü ilin martında birgə bəyanata işarə ediblər.