Quba təhsilində qalmaqal – MÜƏLLİMLƏR TƏZYİQ ALTINDAbackend

Quba təhsilində qalmaqal – MÜƏLLİMLƏR TƏZYİQ ALTINDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba şəhəri Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə müəllimlər müxtəlif təzyiq və qanunsuz tələblərlə üzləşirlər.

NOCOMMENT.az xəbər verir ki, Shimal.News redaksiyasına daxil olan məlumata görə, müəllimlərin maaşlarının 1 %-i “fond pulu” adı altında yığılır.

Müəllimlər bu məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib.

Məlumatda qeyd olunur ki, direktor müəllimlərə hədə-qorxu gələrək “Mən nazirliyin adamıyam, region arxamdadır” kimi ifadələr səsləndirir. Eyni zamanda, evdə təhsil alan şagirdlərin də məktəbə cəlb edildiyi, onların dərslərinə görə müəllimlərə əlavə dərs saatları yazıldığı və bu ödənişlərin də yenidən direktor tərəfindən tələb olunduğu bildirilir.

Bu cür hallar, həm qanunvericiliyin tələblərinə ziddir, həm də təhsil sistemində ciddi nöqsanların olduğunu ortaya qoyur.

Müəllimlər və təhsil sahəsində çalışan digər şəxslər bu kimi halların aradan qaldırılması üçün aidiyyəti qurumlardan konkret tədbirlərin görülməsini gözləyir. Təhsil sahəsində belə özbaşınalıqların olması yalnız müəllimlərin deyil, eyni zamanda gələcək nəsillərin təhsil keyfiyyətinə də mənfi təsir edir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərilib.