Qubad İbadoğlu: Manatın məzənnəsi dollara nisbətdə sabit qalsa da…backend

Qubad İbadoğlu: Manatın məzənnəsi dollara nisbətdə sabit qalsa da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın əksər valyutaları dollara nəzərən dəyər itirir, Azərbaycan manatının məzənnəsi sabit qalır, rus rublu isə dəyər qazanmaqdadır. Azərbaycan manatının dollara nisbətdə məzənnəsi sabit qalsa da, rubl daha da möhkəmlənə bilər”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

Analitik ötən ilin dekabrın 20-də Türkiyədə 1 ABŞ dolları 16.67 lirədən dekabrın 25-də 10,67 lirəyədək möhkəmlənəndə bunun müvəqqəti olduğunun proqnozunu verdiyini xatırladıb: “Təəssüf ki, proqnozlar özünü doğrultdu, hazırda türk lirəsinin məzənnəsi yenidən ucuzlaşır: 1 ABŞ dollar = 15.86 TL.

Dünya valyuta bazarında ucuzlaşan yalnız türk lirəsi deyil, avro və funt-sterlinq də dollara nisbətdə dəyər itirir. Təxminən 1 il bundan əvvəl 1 dollar almaq üçün 90 avro senti və ya 70 penni ödənildiyi halda, hazırda 1 dollar almaq üçün 95 avro senti və ya 80 penni ödəmək lazımdır.

Dolların bahalaşmasında rol alan faktorlar arasında post-pandemiya dövrünün yeni cağırışları, FES-in uçot dərəcəsini artırması, qlobal inflyasiyanın yüksəlməsi, dünya iqtisadiyyatında artım tempinin səngiməsi, avrozonada ticarət balansının mənfi saldosunun artması, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində Avropa üçün yaranmış yeni situasiya fərqlənir”.

Baş verən proseslərin Azərbaycan manatına təsirinə gəlincə, Qubad İbadoğlu manatın yalnız ABŞ dollarına nisbətdə sabit olduğuna diqqət çəkib: “Bu müvəqqəti prosesin nə qədər çəkməsi neft qiymətlərinin səviyyəsindən və ona bağlı olan siyasi qərardan asılıdır. Əslində manat avroya və funt-sterlinqə nəzərən bahalaşır, bu da ən azı iki mənfi tendensiya yaradır:

Birinci, Mərkəzi Bankın rezervlərini və Neft Fondunun aktivlərindən məzənnə fərqindən itkilərini artırır, ikinci, qeyri-neft ixracatçılarının Türkiyə və Avropa bazarlarında məzənnə fərqindən itkilərini artırır.

Rus rublu isə daxildə ödəniş vasitəsi kimi istifadə olunur və bu zamanda rublun dollara nisbətdə məzənnəsinin necə olması əhəmiyyət kəsb etmir. Odur ki, rublun möhkəmlənməsi Rusiya iqtisadiyyatının durumunu qiymətləndirmək üçün indikator rolunu oynaya bilmir.

Avro və funt-sterlinqə gəlincə, hər iki valyutanın bundan sonrakı durumu iqtisadiyyatların vəziyyətindən və Ukraynadakı müharibənin nə qədər davam edəcəyindən asılıdır. Çünki artan hərbi xərclər iqtisadiyyatı inkişafdan saxlayır”.