Qubada körpü çökən əraziyə rayon Fövqəladə Hallar Komissiyasının və digər qurumların nümayəndələri gəlib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyev İbrahimov mediaya açıqlama verib.
O bildirib ki, hadisə Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Birinci və İkinci Nügədi kəndləri sərhədində, ümumi uzunluğu 101 metr, eni isə, 8 metr olan körpüdə qəzalı vəziyyət yaranıb.
“Nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Alternativ yollar var, Pirvahid yolundan istifadə edə bilərlər. Hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb. Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır.”, o bildirib.