Qubada ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum oldubackend

Qubada ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada qəzada ölənlərin şəxsiyyətləri məlum olub.

NOCOMMENT.az-ın məlumatına görə, Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurub.

Sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə həmin maşında olan sürücü və Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova həlak olublar./report