Ötən gün 2000-ci il təvəllüdlü Quba rayonu sakini hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alınaraq təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib.
Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.