Qubada bıçaqlanma hadisəsi oldubackend

Qubada bıçaqlanma hadisəsi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada yerli sakin bıçaqlanıb.

NOCOMMENT.az-ın məlumatına görə, ötən gün axşam saatlarında rayon sakini Azər Fətullayev bıçaqlanıb. O, Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

A.Fətullayevi bıçaqlamaqda şübhəli bilinən rayonun Timiryazev qəsəbə sakini Vüsal Məmmədov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

O, istintaqa verdiyi ilkin ifadəsində A.Fətullayevi aralarında olan şəxsi münaqişə zəminində bıçaqladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalara başlanılıb./report