Qubada təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb – VİDEObackend

Qubada təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubanın Fətəlixan küçəsində təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən bildirir ki, 3-4 ay əvvəl bu yol qazılsa da, indiyədək təmir olunmayıb.

Mövcud vəziyyət sürücülərə çətinlik yaradır.

Sürücülərin sözlərinə görə, yolun bu vəziyyətdə olması nəqliyyat vasitələrinin detallarını tez-tez sıradan çıxarır.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaxın günlərdə sözügedən küçə asfaltlanacaq.

Daha ətraflı aşağıdakı videomaterialdan izləyə bilərsiniz: