Qubada un qıtlığı: İnsanlar saatlarla növbə gözləyirlər – VİDEObackend

Qubada un qıtlığı: İnsanlar saatlarla növbə gözləyirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada əhali mağazalardan un tapmır.

NOCOMMENT bakupost-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaşlar qeyd edirlər ki, artıq bir neçə gündür heç bir mağazada un tapmaq olmur. Un tapılan mağazaların qarşısında da uzun növbələr olur. İnsanlar bir kisə un almaq üçün uzun müddət gözləsələr də, bəziləri un almadan geri qayıtmalı olur. Hətta uzun növbələr səbəbindən insanlar arasında mübahisələrin olduğu da bildirilir.

Qeyd edək ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında da son 1 həftədə un qıtlığı yarandığı ilə bağlı məlumatlar var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.