Qubadlıda erməni hərbçilərin meyitləri tapıldıbackend

Qubadlıda erməni hərbçilərin meyitləri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda axtarışlar nəticəsində daha 4 erməni hərbçinin cəsədi tapılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, cəsədlər Qubadlı rayonu ərazisində aşkar edilib. Qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyanın sözlərinə görə, Ölənlərin kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin olunub.

Axtarış işləri fevralın 15-də davam etdiriləcək.

Xatırladaq ki, müharibədən sonra Qarabağda itkin düşmüş hesab olunan 1 378 erməni hərbçinin meyiti tapılıb.