Qubanın İcra başçısı Ziyəddin Əliyev Truskavetsli həmkarı ilə nə barədə danışıb? – TƏFƏRRÜATIbackend

Qubanın İcra başçısı Ziyəddin Əliyev Truskavetsli həmkarı ilə nə barədə danışıb? – TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və Truskavets şəhərinin meri cənab Andrey Kulçinskiy arasında video konfrans təşkil edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün facebook hesabında paylaşım edib.

“Cənab Ziyəddin Əliyev Truskavets merinin diqqətinə çatdırıb ki, sosial mediada və mətbuatda özü ilə bağlı son günlər əməlli-başlı səs-küy yaranıb. Xudatlı Cəmil Məmmədli 200 karta görə onu biabır edib, üstəlik pandemiya ilə əlaqədar əlinin aşağı düşməsi Ukraynadakı yarımçıq planlarını həyata keçirməyə imkan verməyib”.

O həmçinin qeyd edib ki, artıq heç kim Qubanın Heydər Əliyev prospektində şəxsi tikinti üçün icazəyə 20 min manat vermək istəmir.

Qubanın icra başçısı Kulçinskiyi əmin edib ki, bir çıxış yolu tapıb Truskavetsdə otelə çevirmək üçün aldığı köhnə sanatoriyada rekonstruksiya işlərini tezliklə başa çatdıracaq.