Qubanın kəndində yaşayış evi yaxınlığında ot tayaları yanırbackend

Qubanın kəndində yaşayış evi yaxınlığında ot tayaları yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubanın ucqar Muçu kəndində yanğın hadisəsi baş verib.

NOCOMMENT-in report-a istinadən verdiyi məlumata görə, Qubanın ən ucqar və rayon mərkəzindən 80 kilometr məsafədə yerləşən kəndində ot tayaları yanır.

Hadisə kənd sakini Yarqulu Gülməhəmməd oğlu Şahverdiyevə məxsus yaşayış evinin həyətində baş verib. Yanğın barədə Quba Yanğından Mühafizə Xidmətinə məlumat verilib, hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

Yerli sakinlər yanğını qonşuların köməkliyi ilə söndürməyə cəhd edirlər. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradır.