Qüdrət Əliyev həbs edilib, ya iş başındadır? – Rəsmibackend

Qüdrət Əliyev həbs edilib, ya iş başındadır? – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DTX-nin Şəmkir rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılanlar arasında rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyevin də adı çəkilir.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən axar.az-ın sorğusunu cavab olaraq bildirilib ki, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev hazırda öz vəzifəsini icra edir.

“Hüquq-mühafizə orqanları tərəfindən Qüdrət Əliyevlə bağlı Təhsil Nazirliyinə hər hansı bir müraciət daxil olmayıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində icra başçısı və onun birinci müavini, Təhsil Şöbəsinin müdiri, baş memar, şəhərin icra nümayəndəsinin saxlanması ilə bağlı məlumatlar yayılsa da, hələlik yalnız icra başçısı Alimpaşa Məmmədovun barəsində həbs qətimkan tədbiri seçildiyi haqda rəsmi açıqlama verilib.