Qulam Babayev: “Azərbaycan ərazisində zəlzələ olması ehtimalı var”backend

Qulam Babayev: “Azərbaycan ərazisində zəlzələ olması ehtimalı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Xəzər dənizində ard-arda zəlzələlər baş verir. Azərbaycan ərazisində zəlzələ olması ehtimalı var.

Bu sözləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin geologiya və geofizika institunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri, elmlər doktoru, dosent- Qulam Babayev NOCOMMENT.az-a müsahibəsində deyib.

“Azərbaycan ərazilərində zəlzələ olması ehtimalı var. Amma burada hiss olunan zəlzələdən söhbət gedir. Zəlzələlər baş vermə kateqoriyasına görə bir neçə tipə bölünür: hissolunan, hissolunmayan, güclü, dağıdıcı və.s.

Hissolunmayan kiçik maqnitudalı zəlzələr gün ərzində bir neçə dəfə baş verir. 2.8 bal gücündə zəlzələdə əgər, səthə yaxındırsa, müəyyən qədər titrəyişlər hiss oluna bilər, amma bundan aşağı gücdə baş verən zəlzələlər hissolunmayandır.

Hissolunan zəlzələlər 4.5, 5, 5.5 maqnitudalı zəlzələlərdir, bəzi hallarda 3.5 maqnituda da hiss oluna bilər.

Azərbaycan seysmik ərazilərində bu ilin sonuna qədər hissolunan zəlzələ baş verəcək. Xəzər dənizi Azərbaycan ərazisində ən mürəkkəb tektonik zonalardan biridir.

Xəzər dənizi

Son zamanlar dünya ölkələrində də zəlzələlər baş verir. Dünya ölkələrində də zəlzələ aktivliyi artıb.

Zəlzələnin baş verməsi superaktivlikdir və bu səbəbdən də vulkan püskürmələri baş verir. Dinamika artıb. Bu yaxınlarda Rusiyada da zəlzələ baş verdi və bu il sonunadək davam edəcək”.

Seysmoloq qeyd edir ki, bu aktivlik hətta, 2025-ci ildə davam edəcək:

“Azərbaycan Republikası ərazisində, bir neçə seysmik aktiv zonalar mövcuddur, Xəzər dənizi, Talış, Quba-Şabran, Şamaxı-İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Kiçik Qafqazın şimal tərəfi- Gəncə, Şəmkir, həmçinin Qarabağ seysmik ocaqları var.

Azərbaycanda dağıdıcı zəlzələnin baş verəcəyini düşünmürəm. Digər ölkələrdə yerdəyişmənin sürəti Azərbaycandan daha yüksəkdir. Azərbaycanda yerdəyişmə sürəti digər ölkələrlə müqayisədə elə də, intensiv deyil.

Zəlzələ zamanı tez çölə çıxıb qaçmaq cəhətdən həyət evləri daha yaxşıdır”.

Seysmoloq onu da qeyd edir ki, zəlzələ zamanı, stolun altında gizlənmək, pəncərədən uzaq durmaq vacibdir:

“Azərbaycanda hər binanın tikilişində çox incə, dəqiq, sərrast bir yanaşma var”.

Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli bina hər an ÇÖKƏ BİLƏR

Aişə Əbdülova