Quldurlar bu şəhəri ələ keçirib, yüzlərlə məhbusu azad etdilərbackend

Quldurlar bu şəhəri ələ keçirib, yüzlərlə məhbusu azad etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haitidə quldurlar Mirebalais şəhərini ələ keçirərək yüzlərlə məhbusu həbsdən azad ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu  barədə “Rezo Nodwes” portalı məlumat dərc edib.

KİV yazır ki, martın 31-də onlarla silahlı cinayətkar şəhərə basqın edib. Dəstələr yüzlərlə məhkumu həbsxanadan azad edib, bir neçə nəfəri qətlə yetirib.

Portal qeyd edir ki, insident polisin səhlənkarlığını nümayiş etdirib: cinayətkarlar şəhəri ələ keçirmək niyyətində olduqlarını bəyan ediblər. Yerli əhali nəzarəti gücləndirməyə çağırsa da, hakimiyyət heç bir tədbir görməyib.\\“Unikal”